Bakı. Trend:
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlısanksiyalar sərtləşdirilir.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqındaqanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, cinayət yolu ilə əldə edildiyinibilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlarasərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olanhüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsivə ya gizlədilməsi 4 min manatdan 8min manatadək miqdarda cərimə və ya 3ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə2 ildən 5 ilədək müddətəazadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, bu cinayət cinayətinpredmetinin dəyərinin 50 faizindən 70 faizinədəkmiqdarında cərimə və ya 5 ilədək müddətə müəyyən vəzifə tutma və yamüəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və yaedilməməklə 2 ildən 5 ilədəkmüddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.