RU

Tramp Si Cinpinlə iki həftə sonra baş tutacaq görüşünü ləğv edib

ABŞ prezidenti: Çinin addımları dünya iqtisadiyyatını girov saxlamaq cəhdidir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Cənubi Koreyada iki həftə sonra keçirilməsi planlaşdırılan samitdə Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşünü ləğv edib. Bu qərar Pekinin son günlərdə həyata keçirdiyi ticarət siyasətindəki kəskin dəyişikliklərlə bağlı qəbul olunub.

Məlumata görə, Çin hökuməti bir sıra ölkələrə məktublar göndərərək nadir torpaq metallarına və digər strateji əhəmiyyətli məhsullara ixrac məhdudiyyətləri tətbiq etmək niyyətində olduğunu bildirib. Tramp bu addımları “dünyanı iqtisadi baxımdan girov saxlamaq cəhdi” kimi qiymətləndirib və bunun son altı ayda ABŞ-la Çin arasında formalaşmış müsbət münasibətlərə zidd olduğunu vurğulayıb.

“Pekin açıq şəkildə əsas istehsal sahələrini monopoliyalaşdırmağa çalışır. Bu, təkcə digər ölkələri deyil, həm də Çin iqtisadiyyatını çətin vəziyyətə salır,” – deyə Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton öz iqtisadi gücünə və strateji resurslarına əsaslanaraq, mümkün cavab addımlarını nəzərdən keçirir. Onun sözlərinə görə, ABŞ Çin mallarına qarşı yeni gömrük rüsumları tətbiq edə və digər ticarət məhdudiyyətlərinə əl ata bilər.

Tramp, həmçinin, Çinin bu addımlarının “Yaxın Şərqdə sülhün bərqərar olunduğu bir dövrdə beynəlxalq sabitliyə əlavə gərginlik gətirdiyini” deyib. O, xəbərdarlıq edib ki, əgər Çin ticarətdə “düşmənçilik mövqeyini” davam etdirsə, ABŞ milli maraqlarını qorumaq üçün sərt tədbirlər görəcək.

Poliqon.info

Избранный
169
poliqon.info

1Источники