Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində qeydə alınıb.
KIA və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə, 3 nəfər hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.