Oktyabrın 21-də İnstitutun Ekspert Şurasının üzvü hüquq elmləri doktoru, professor Cavanşir Süleymanovun 75 illik yubileyi qeyd olunub.
QHT.az xəbər verir ki, İdarə Heyətinin sədri Məhəmməd Quluzadə açılış nitqi ilə çıxış edərək, professorun hüquq elminin inkişafında gördüyü işlər, peşə fəaliyyətində qazandığı nailiyyətlər barədə geniş məlumat verib.
Tədbirdə iştirak edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov C.Süleymanovun yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rolunu, hüquq elmi sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərini, eləcə də peşəkar vəkillik fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev C.Süleymanovun elmi-pedaqoji xidmətlərini xüsusi qeyd edərək, alimin hüquq elminin inkişafına verdiyi töhfələri nəzərə çatdırıb.
Tədbirdə Ekspert Şurasının üzvlərindən Əli Rzayev və Aydın Əliyev Cavanşir Süleymanovun fəaliyyətinin ayrı-ayrı məqamlarına toxunaraq, yubilyara xoş təbriklərini çatdırıblar.