Bu sözləri İsrailinmüdafiə naziri İsrael Kats deyib. O əlavə edib ki, yeraltı infrastrukturun ləğvi ABŞ ordusunun mərkəzi komandanlığı (CENTCOM) ilə aparılan danışıqlarla paralel gedir.
İsrailin mövqeyi budur ki, Trampın sülh planının uğurla reallaşdırıla bilinməsi üçün Qəzza sektorunda əməliyyatların başa çatdırılması vacibdir.
Tramp isə ASEAN sammitinə gedərkən verdiyi açıqlamada bildirib ki, Qazzada sülhün dayanıqlı olması üçün “Həmas” həlak olmuş girovların, o cümlədən, iki amerikalının meyitərini qaytarmalıdır. ABŞ prezidenti bunun üçün “Həmas”a 48 saat vaxt verdiyini vurğulayıb.
“Həmas”ın təmsilçisi, danışıqlara rəhbərlik edən Xəlil əl-Həya isə “Əl-Cəzirə” kanalına müsahibəsində deyib ki, şərtlər yerinə yetiriləcək: “Biz İsrailə bəhanə vermək fikrində deyilik. İşğal bitəndən sonra silahlarımızı da dövlətə təhvil verəcəyik”.
Tariyel Həsənov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта