Rusiya 2025-ci ilin ilk doqquz ayında Aİ-yə boru kəməri ilə qaz tədarükünü 45% və ya 10 milyard kubmetr azaldıb.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 2030-cu ilə qədər olan dövr üçün qaz bazarı üzrə ortamüddətli hesabatında deyilir.
"Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması səbəbindən 2025-ci ilin birinci-üçüncü rüblərində Rusiya qazının boru kəmərləri vasitəsilə Avropa Birliyinə tədarükü illik müqayisədə 45% (və ya 10 milyard kubmetr) azalıb"- deyə, qurumun sənədində qeyd edilir.
Hesabatda deyilir ki, 2025-ci ilin ilk yeddi ayında Türkiyəyə ixrac illik müqayisədə 20%-dən çox (və ya təxminən 2,5 milyard kubmetr) artıb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, doqquz ay ərzində Avropanın qaz tələbatında Rusiya boru kəməri qazının payı 10%-dən az olub.