RU

Keçmiş arvadının Bentley sini satıb işlənmiş Mercedes aldı

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya millisinin və "Arsenal" klubunun sabiq hücumçusu Andrey Arşavin haqqında maraqlı iddia irəli sürülüb.

Milli.Az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, futbolçunun keçmiş arvadı Alisa onu fırıldaqçılıqda günahlandırıb. Onun sözlərinə görə, Arşavin ona avtomobil alarkən dələduzluq edib.

Alisa iddia edib ki, Arşavin onun "Bentley" markalı maşınını sataraq, əvəzində işlənmiş "Mercedes-Benz" alıb və qalan pulu mənimsəyib.

"Avtomobilin sənədlərinə baxmaq ağlıma gəlmədi. Sonradan öyrəndim ki, aldığı maşın yeni deyil, 6 ay istifadə olunub", - deyə o bildirib.

Qeyd edək ki, Andrey Arşavin bir müddət əvvəl ilk həyat yoldaşı, teleaparıcı Yuliya Baranovskayaya ödədiyi alimentin azaldılması üçün məhkəməyə müraciət etmişdi. Cütlüyün böyük oğlu Arseni isə bu yaxınlarda "Spartak Moskva"nın yeniyetmələr komandası ilə paytaxt çempionatının qalibi olub.

Hüseyn

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
3
news.milli.az

4Источники