RU

“Azerconnect Group” ADA Universitetinin tələbələri üçün süni intellekt təlimləri keçirdi (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” və ADAUniversitetinin birgə təşkilatçılığı ilə tələbələr üçün süniintellektlə bağlı təlim təşkil edilib. “Süni intellekti kəşf edək”adlı təlimə ümumilikdə ADA Universitetinin müxtəlif fakültələrindətəhsil alan 30-dan çox tələbə qatılıb.

Üç gün davam edən təlim sessiyası süni intellektin əsasprinsipləri, onun etik aspektləri və real biznes mühitində tətbiqimkanları kimi mövzuları əhatə edib. “Azerconnect Group”un süniintellekt sahəsində ixtisaslaşmış komandası tərəfindən aparılantəlimlərin məqsədi tələbələrdə süni intellekt sahəsinə marağıartırmaq, onların bu istiqamətdə bilik və bacarıqlarınıgenişləndirmək, həmçinin texnologiyanın real biznes problemlərininhəllində praktik tətbiqini nümayiş etdirmək olub.

Sessiyalar zamanı süni intellektin bizneslərin inkişafı,proseslərin optimallaşdırılması və qərar qəbuletmə proseslərinintəkmilləşdirilməsində rolu kimi mövzulara xüsusi diqqət yetirilib.İnteraktiv formada təşkil olunan təlimlər sual-cavab sessiyası ilədavam edib. Sonda təlim iştirakçılarına sertifikatlar verilib,fərqlənən tələbələrə mükafatlar təqdim edilib.

Qeyd edək ki, gənclərin peşəkar inkişafının dəstəklənməsi“Azerconnect Group”un dayanaqlı inkişaf strategiyasının əsasistiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilənmüxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir.

"Azerconnect Group" haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksəktexnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil,internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech,Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

"Azerconnect Group" müxtəlif ölkələrdə enerji,telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrindəfəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupununtərkibinə daxildir.

“Azerconnect
“Azerconnect
“Azerconnect
Məqalədə:
Избранный
15
3
az.trend.az

4Источники