RU

Yeni parça gündəlik həyatı asanlaşdıracaq - Foto

Yeni

Cənubi Koreyada daxili exoskeletə malik "robo-parça" nümayiş etdirilib. Müəssisə sözçüləri bəyan ediblər ki, artıq onlar bu seriyadan kütləvi istehsala hazırdırlar.

Reyting.az
-ın məlumatına görə, uzun illərdir bu ölkədə fəaliyyət göstərən, həmçinin yenilikçi fəaliyyəti ilə seçilən Cənubi Koreyanın Maşınqayırma və Materiallar İnstitutunun elm adamları, mütəxəssisləri daxili "robot liflərə" malik parça üçün kütləvi istehsal texnologiyası hazırlayıblar.

Mütəxəssislər bildiriblər ki, yeni "robo-parça"dan hazırlanmış 10 qramlıq lif 15 kiloqrama qədər ağırlığı olan yükü asanlıqla qaldırır və əzələ yüklənməsini təxminən 40 faizədək azaldır.



Tədqiqatçılar bu formanı çox yaxşı yadda saxlayan və "SMA" adlanan nazik bir telin əsasında toxunan elastik "əlaqə əzələli" mexanizmi istehsal edə bilən yeni, müasir avtomatlaşdırılmış dəzgah hazırlayıblar. Alimlərin fikrincə, bu texnologiya yüngül və çevik materialların kütləvi istehsalını tamamilə mümkün edəcək.

Yeni nəsil və geyilə bilən robot, həmçinin ümumi çəkisi hətta 2 kiloqramdan da az olan "exoskelet geyim" eyni anda dirsək, çiyin, bel oynaqlarını tam dəstəkləməklə, əzələ gərginliyini 40 faizədən çox azaldır.

Klinik sınaqlarda çiyinin hərəkət diapazonunun 57 faizdən daha da çox artdığı müşahidə olunub.

Bu yeni layihə logistika, tikinti, həmçinin reabilitasiya sahələrində insanların fiziki yükünün azaldılmasına, gündəlik həyatın asanlaşmasına imkan yaradacaq.

Oqtay QORÇU
Избранный
46
50
reyting.az

10Источники