ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, 4 respublikaçı senator - Rend Pol, Mitç MakKonnell, Syuzan Kollins və Liza Murkokski ABŞ-nin Avropa İttifaqı (Aİ), Yaponiya və Cənubi Koreya kimi müttəfiqlərinə tarif artımlarını dayandırmaq üçün ikipartiyalı qətnaməyə səsvermədə demokratlara qoşulublar. Bu səsvermə aprel ayında Senatda səslərin bərabərliyinə görə uğursuzluğa düçar olduqdan sonra təşəbbüsün yenidən nəzərdən keçirilməsi idi. Apreldə qətnamənin keçməməsində vitse-prezident Cey Di Vensin səsi həlledici rol oynamışdı. ABŞ qanunvericiliyinə əsasən, vitse-prezident həm də Senatın sədridir. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.