RU

Moto sürücüsü iki avtobusun arasında qaldı DYP görüntüləri yaydı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 30-u saat 12 radələrində Bakı-Quba yolunun 15-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, “Hyundai” markalı 50-EO-865 dövlət qeydiyyat nişanlı avtobus və TVS-200 markalı 99-L-236 dövlət qeydiyyat nişanlı motosikletin iştirakı ilə baş verən qəza sonuncu nəqliyyat vasitəsinin sürücüsünün  xəsarət alması ilə nəticələnib.Baş Dövlət Yol Polisi İdarəsi qanunvericiliyin tələblərini bir daha xatırladıb.Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqanallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Eyni zamanda manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.Dəyərli sürücülər! Özümüzün və başqalarının həyatına biganə qalmayaq!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
10
avtosfer.az

10Источники