RU

İcra başçısının müavini, köməkçi və baş memar saxlanılmayıb? Köməkçidən açıqlama

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat zamanı korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilirdi.

Mia.azxəbər verir ki, Balakən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Aydın Xoçbərov "Yeni Sabah" açıqlamasında icra başçısının müavini, köməkçiləri və rayonun baş memarının saxlanması ilə bağlı xəbərlərin yalan olduğunu bildirib.

Onun sözlərinə görə, sözügedən əməkdaşların hər biri hazırda iş başındadır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
3
mia.az

10Источники