RU

Bir neçə rayonda yaşıllıqlar məhv edildi: 75 min manatlıq ziyan vuruldu

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindənson bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakışəhəri, Quba, Xaçmaz və Samux rayonlarının inzibati ərazilərindəyaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Trendxəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətiməlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Səbail rayonuBadamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 13 ünvanında, Quba rayonuÇiçi kəndi, Xaçmaz rayonu Seyidlər kəndi ərazisində və Samux rayonuKür çayının sağ sahilində ağacların qanunsuz kəsilməsi nəticəsindəyaşıllıqlara 75 770 manat məbləğində ziyan dəydiyi müəyyənedilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayəttərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçüntoplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçünhazırlanır.

Məqalədə:
Избранный
32
8
az.trend.az

10Источники