RU

Elton Məmmədov mənimsədiyi 3 milyon vasitəsilə nələr qazanıb? İqtisadçı AÇIQLADI

ain.az bildirir, Tribuna portalına istinadən.

Ramiz Mehdiyevin adamı olduğu deyilən Elton Məmmədov mənimsədiyi 3 mln. manatı banklara illik 8-9%-lə (indi 10% də var) depozitə qoysaydı, ilə 240-270 min, 3 ilə ortalama 700-750 min pul qazanardı.

Tribuna-ın xəbərinə görə, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. İqtisadçı E.Məmmədovun bu əməlini “yaxşı biznes” alandırıb:

“Mehdiyevin yaxın adamı olduğu iddia edilən Elton Məmmədov, deyilənə görə, AMEA-da işləyərkən 3 mln. manat mənimsəyib və rəsmi orqanlar ona xəbərdarlıq ediblər, o da pulu qaytarıb.

Nə gözəl, adam 3-4 əvvəl bu vəsaiti mənimsəyib, elə deyil? Əgər 3 mln. manatı banklara illik 8-9%-lə (indi 10% də var) depozitə qoysaydı, ilə 240-270 min, 3 ilə ortalama 700-750 min pul qazanardı, düz demirəm?

Yaxşı biznesdir, 3 mln. manat oğurla qoy banka, 3 il depozitini götür, sonra qaytar, sonda da sənə ancaq xəbərbarlıq etsinlər”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
3
tribunainfo.az

4Источники