Ajans.azxəbər verir ki, qəza Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ərazisində baş verib. "İnfiniti" markalı avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada "VAZ 2107" minik avtomobilinin 2 nəfər sərnişini Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakinləri - 1966-cı il təvəllüdlü Nazilə Eminova və 1968-ci il təvəllüdlü Piruzə Yusifova xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.