Hazırkı dövrədək 1141 ev və mənzil təmir və bərpadan sonra sakinlərin istifadəsinə verilib.
Nəticədə 1141 ailə, yəni 4468 keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb. Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 mindən artıq şəxs yaşayır. O, əlavə edib ki, bölgədə hər bir sakin sosial, təhsil və digər zəruri xidmətlərlə tam təmin olunub. Qarabağ Universiteti, müasir klinika, məktəb və uşaq bağçası kimi infrastruktur obyektləri əhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verir. Konfransda məhkəmə sisteminin inkişafında konstitusiya təminatlarının rolu, ədalət mühakiməsinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar və müasir çağırışlara uyğun hüquqi mexanizmlər də müzakirə olunub.
