RU

Azərbaycanın FIFA referisi “Napoli”nin oyununa təyinat alıb

Bakı, 31 oktyabr, AZƏRTAC

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) oyununun baş hakimi olacaq.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Noyabrın 4-də Çerkola şəhərində yerləşən “Cüzeppe Pikkolo” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.

Избранный
21
17
azertag.az

10Источники