RU

Paşinyandan əmr: Mirzoyanın arvadı Azərbaycanla bağlı bu prosesə qoşuldu

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiya əlaqələrinin açılması üçün yeni bir komissiya yaradılmasını əmr edib. Komissiyaya xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qohar Abajyan da daxildir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bu yaxınlarda İnvestisiya Dəstək Mərkəzi Fondunun direktoru təyin olunan Abajyan, hazırda Ermənistanı beynəlxalq hüquqi məsələlərdə təmsil edən Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyanla birlikdə komissiyaya qoşulur.

Bundan əlavə, xarici işlər naziri Ararat Mirzoyan və onun müavini Vahan Kostanyan da komissiyanın üzvləridir. Komissiyaya Baş nazirin müavini Mher Qriqoryan sədrlik edir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
6
globalinfo.az

10Источники