RU

“Qərbi Azərbaycan İrsi” layihəsinin nəticələri müzakirə olundu - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirində müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, layihədə toxunulan mövzular olduqca həssas və milli əhəmiyyət daşıyır:

“Bizim üçün bu mövzular çox həssasdır. Həqiqətən də tarixi yaratmaq və onu gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Bu işə Qərbi Azərbaycan İcmasının da dəstək verməsi çox önəmlidir. Cəsarət müəllim gördüyü işlərdə canını, qanını qoyur, bütün layihələrinə ürəyini qatır.”

Daha sonra “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin rəhbəri Elnurə Abuşova çıxış edərək layihənin davamlı və uğurlu nəticələr verdiyini vurğulayıb:

“Ötənilki kimi bu dəfə də layihəniz uğurlu alınıb, film də çox təsirli alınıb. Mən təklif edirəm ki, bu dəfə alimlərimizin fikirlərinə yer vermisinizsə, növbəti mərhələdə deportasiya qurbanlarının xatirələrini, onların danışdıqlarını da əks etdirəsiniz.”

Qeyd edək ki, “Qərbi Azərbaycan İrsi” layihəsi çərçivəsində yenilənmiş qerbiazerbaycanirsi.az platforması təqdim olunub, həmçinin “Tarixin izi ilə” adlı sənədli film nümayiş etdirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilib.

Избранный
43
qht.az

1Источники