RU

Gəlinin anasının sözləri bəyi şoka saldı!

Toy mərasimində gəlinin anasının bəyə dediyi sözlər sosial mediada gündəm olub.

Gəlin evdən çıxmazdan əvvəl anası mikrofona çıxaraq bəyə xəbərdarlıq edib və qızının haqlarını hər zaman qoruyacağını bildirib.

Ana qızına simvolik açar təqdim edərkən “Qızıma zərər gəlsə, dağı-daşı başına yıxaram. Qızımı asan böyütməmişəm, hər zaman onun yanındayam” – deyib.

Gəlinin anası çıxışının sonunda gəlinliyini qaldıraraq qızının ayaqqabısına pul qoyub və “Qızımın yol pulu ayağının altındadır” sözlərini işlədib.

Həmin anların əks olunduğu video qısa zamanda sosial şəbəkələrdə minlərlə dəfə paylaşılıb.

Görüntülər sosial mediada müxtəlif reaksiyalar doğurub – bəzi istifadəçilər ananı dəstəkləyib, digərləri isə bu çıxışın toy ab-havasına uyğun olmadığını qeyd edib.

//Samir Qurbanov, Editor.az

Избранный
51
editor.az

1Источники