“Arsenal”ın belaruslu keçmiş yarımmüdafiəçisi Aleksandr Qleb, “topçular”ın İngiltərə Premyer Liqasının cari mövsümündəki çıxışını şərh edib.
Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Arsenal”a, yarış cədvəlindəki üstünlüyünü itirmək olmaz. Əvvəlki iki mövsümdə onlar çempionluğa hazır idilər. Sadəcə azacıq uğur əskik oldu”.
Belarus futbolunun əfsanəsi dünyanın ən çətin çempionatı ilə bağlı qənaətini də açıqlayıb:
“İngiltərə Premyer Liqası, məncə, dünyanın ən çətin çempionatıdır”, deyə Qleb vurğulayıb.
Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 9 oyuna topladığı 22 xalla vahid liderdir. “Topçular” keçirdikləri 9 oyunda 7 qələbə qazanıblar, 1 heç-heçə ediblər və 1 məğlubiyyətə üzülüblər. Top fərqi isə 16:3 nisbətindədir. London təmsilçisi bu gün növbəti oyununu səfərdə “Börnli”yə qarşı keçirəcək.

