RU

2026-cı ildə Paşinyana rəqib kimlər olacaq? – Ermənistanda siyasi mübarizə qızışır

Ermənistanda 2026-cı ildə keçiriləcək parlament və prezident seçkiləri öncəsi siyasi səhnə getdikcə qızışır.

Musavat.com xəbər verir ki, baş nazir Nikol Paşinyanın hakim komandası bir tərəfdən daxili sabitliyi saxlamağa çalışır, digər tərəfdən müxalifətin artan təzyiqləri ilə üzləşir.

Hazırda İrəvan siyasi dairələrində əsas sual belə səslənir: Paşinyana real rəqib ola biləcək lider varmı?

İşxan Saqatelyan – küçə tribunalarından dövlət idarəsinə doğru

56e1bda8-a4d3-3419-8502-6fe464d33bcd_825.jpg

“Daşnaksütyun” (ARF) Partiyasının üzvü, 1982-ci il təvəllüdlü İşxan Saqatelyan yenidən müxalif blokların birləşdirici simasına çevrilməkdədir. O, 2021-ci il seçkilərində “Ermənistan Alyansı” ilə parlamentə düşmüş və müharibədən sonra Paşinyan hökumətinə qarşı etirazların önündə dayanmışdı.

Saqatelyan hazırda kilsə ilə hökumət arasında yaşanan gərginlik fonunda Paşinyanın əsas ideoloji opponenti sayılır. Analitiklərə görə, o, “ənənəvi erməni dəyərlərini qoruyan” mühafizəkar elektoratın səsini qazanmaq üçün real potensiala malikdir.

Qurgen Simonyan – yeni nəsil siyasətçi və “Meritokratik” modelin təşəbbüskarı

f681e377cf83e6d277259ece28399f92.jpg

2025-ci ilin fevralında təsis edilən “Ermənistanın Meritokrat Partiyası”nın sədri Qurgen Simonyan qərbyönlü, texnokratik siyasətin təmsilçisi kimi önə çıxır. Onun ideyası sadədir: “Rus təsirindən azad, Avropa standartlarına yaxın Ermənistan”.

Ekspertlər bildirirlər ki, Simonyanın əsas üstünlüyü Paşinyan kimi populist ritorikaya deyil, intellektual və sistemli idarəçilik konsepsiyasına əsaslanmasıdır. Bununla belə, partiyasının resurs və infrastruktur imkanları hələ zəifdir.

Seyran Ohanyan – təcrübəli general, amma kölgəli fiqur

abf606ef-0d4e-3a9a-a89e-c6ffc24c883a_825.jpg

Ermənistanın sabiq müdafiə naziri, Xocalı hərbi canisi Seyran Ohanyan “Ermənistan Alyansı”nın tanınmış üzvü olaraq yenidən siyasi səhnədə aktivləşib. O, hərbi keçmişi və geniş sosial dayaqları ilə “təhlükəsizlik” kartını oynamağa çalışır. Lakin onun barəsində korrupsiya və səlahiyyət sui-istifadəsi ittihamları mövcuddur. Bu səbəbdən, Ohanyanın seçkilərdə əsas oyunçu olmaq ehtimalı məhdud sayılır.

Samvel Karapetyan – həbsdə olan rusiyalı oliqarx - milyarderin siyasi kölgəsi

fW38sp2PWvcvcpvORHfdeScxHK4tzYDuw0kyOPGV_825.jpg

İrəvanda hələ də gündəmdə olan digər fiqur isə milyarder Samvel Karapetyandır. “Tashir Group”un sahibi olan Karapetyan hazırda “hakimiyyətin devrilməsinə çağırış” ittihamı ilə həbsdədir. Buna baxmayaraq, onun yaxın çevrəsi və biznes şəbəkələri siyasi səhnədə “öz yolu” adlanan yeni hərəkat formalaşdırmağa cəhd göstərir.

Müşahidəçilər hesab edirlər ki, bu hərəkat Paşinyan hökumətinə qarşı iqtisadi və sosial narazılıqları birləşdirə bilər.

Ermənistanda müxalif düşərgə çoxparçalı və ideoloji baxımdan ziddiyyətlidir. Bir tərəfdə rusiyameyilli, kilsə tərəfdarı qüvvələr, digər tərəfdə isə qərbyönlü və islahatçı qruplar dayanır. Bu mənzərədə Paşinyan hələlik hakimiyyət resurslarını və medianı effektiv istifadə etməklə siyasi balansı qoruyur. Lakin iqtisadi problemlər, kilsə ilə münaqişə və regional təcrid amilləri yaxın gələcəkdə onun üçün ciddi sınağa çevrilə bilər.

2026-cı il seçkiləri Ermənistan üçün növbəti “sınaq ili” olacaq. Paşinyan hökuməti daxildə sabitliyi saxlamaq üçün inzibati resurslara güvənir, müxalifət isə hələlik vahid namizəd ətrafında birləşə bilmir. Lakin müşahidəçilər istisna etmir ki, İrəvanda yaxın aylarda yeni siyasi koalisiya formalaşa bilər - bu da ölkənin siyasi gələcəyini dəyişə bilər.

Musavat.com

Избранный
21
50
musavat.com

10Источники