RU

Faiq Həsənov: Ümid edirəm ki, qadın şahmatçılarımız dünya çempionatına vəsiqə qazanacaqlar

Bakı, 1 noyabr, AZƏRTAC

Hər iki komanda yüksək nəticə üçün oynayır. Rəqib də çox güclüdür. Ümid edirəm ki, qızlarımız mundiala vəsiqə əldə edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Azərbaycanla Özbəkistanın qadınlardan ibarət komandaları arasında dünya çempionatına seçmə xarakter daşıyan görüşün açılış mərasimində deyib.

O, hər iki komandanın şanslarını yüksək qiymətləndirib: “Bildiyiniz kimi, Günay Məmmədzadə bir müddət oynaya bilmədi. Amma sevindiricidir ki, yenidən yığmaya qayıtdı. Görüşün hakimi olduğum üçün çox fikir bildirə bilmərəm. Hazırda şansları bərabər görürəm”.

Qeyd edək ki, İspaniyanın Linares şəhərində keçiriləcək mundiala 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq. İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn yığma dünya çempionatına vəsiqə qazanacaq.

Избранный
20
azertag.az

1Источники