RU

Yarışlarda iki məcburi pit-stop tətbiq oluna bilər - Formula 1-də yeni qayda

Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula 1-in hüquq sahibi Liberty Media “Kral yarışlarında” yeni qaydanın tətbiqini müzakirə edəcək.

90deqiqe.Az “Motorsport Italia”ya istinadən xəbər verir ki, əsas məqsəd yarışları daha dinamik və taktiki baxımdan maraqlı etməkdir. Təklif olunan dəyişikliklərə əsasən, sürücülər yarış ərzində iki məcburi pit-stop etməli olacaqlar.

Bir variantda komandalar “Pirelli” tərəfindən seçilən üç növ təkərin — yumşaq, orta və sərt — hamısından istifadə etməyə borclu olacaq, lakin bunların tətbiq ardıcıllığını özləri müəyyən edə biləcəklər.

Digər təklifə əsasən, təkər növü məhdudiyyəti olmadan iki pit-stop qaydası tətbiq ediləcək və hazırkı “iki fərqli təkər tərkibi” şərti ləğv ediləcək.

Bundan əlavə, FIA hər təkər dəsti üçün maksimum məsafə limiti müəyyən etməyi də nəzərdən keçirir — bu göstərici yarış məsafəsinin 45 faizindən çox olmayacaq.

Избранный
32
90deqiqe.az

1Источники