RU

SON DƏQİQƏ: Rusiya miqrantların deportasiyasına BAŞLAYIR

Rusiyadan 4 mindən çox miqrantın deportasiya ediləcəyi bildirilib.

Ulusal.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, məhkəmələr “Qeyri-qanuni-2025” əməliyyatı çərçivəsində aparılan araşdırmaların nəticəsində miqrantların ölkədən çıxarılması barədə qərarlar qəbul ediblər.

Nazirliyin açıqlamasında qeyd olunur ki, əməliyyat iki mərhələdə — iyun və oktyabr aylarında həyata keçirilib.

Əməliyyat zamanı polis orqanları tərəfindən 748 cinayət işi başlanıb. Onlardan 430-u saxta qeydiyyat, 235-i miqrasiya sənədlərinin saxtalaşdırılması, 29-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 24-ü isə əcnəbilər tərəfindən törədilən digər cinayətlərlə bağlı olub.

Bundan əlavə, qeyri-leqal miqrantların əməyindən istifadə edən işəgötürənlərə qarşı 1600-dən çox inzibati protokol tərtib edilib.

Избранный
18
moderator.az

1Источники