RU

ABL: “Naxçıvan” “Quba”ya, “Neftçi” NTD-yə qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

B qrupunun oyununda “Naxçıvan” “Quba” ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunmuş qarşılaşma birincilərin 86:78 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunda isə “Neftçi” və NTD kollektivləri qarşılaşıblar. Bakı İdman Sarayında təşkil olunmuş matç “Neftçi”nin qələbəsi ilə bitib – 99:71.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (91:76), “Sumqayıt” “Sərhədçi”ni (84:80), “Şəki” “Gəncə”ni (84:70), “Naxçıvan” isə “Quba”nı (86:78) üstələmişdi.

Tura noyabrın 2-də yekun vurulacaq.

A qrupu: Sabah – 8. Abşeron Lions – 8. Şəki – 7. Neftçi – 6. Gəncə – 5. NTD – 5.

B qrupu: Ordu – 10. Naxçıvan – 9. Lənkəran – 7. Quba – 7. Sərhədçi – 6. Sumqayıt – 6.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
35
49
arena.az

10Источники