RU

“Bavariya” “Bayer”ə şans vermədi

Almaniya Bundesliqasının IX turunda “Bavariya” doğma meydanda “Bayer”i darmadağın edib.

90deqiqe.Az-ın məlumatına görə “Arena Münhen” stadionunda keçirilən görüşdə münhenlilər 3:0 hesabı ilə qalib gəlib.

Matçın 25-ci dəqiqəsində Serj Qnabri hesabı açıb, altı dəqiqə sonra Nikolas Cekson fərqi iki topa çatdırıb. İlk hissənin sonlarında isə Luak Bade topu öz qapısına göndərib.

Bu qələbədən sonra “Bavariya” 27 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. 17 xal toplayan “Bayer” isə beşinci pillədə yer alıb.

Növbəti turda münhenlilər noyabrın 8-də səfərdə “Union”la, “aspirinlilər” isə həmin gün evdə "Haydenhaym”la qarşılaşacaqlar.

Избранный
31
90deqiqe.az

1Источники