RU

Bundesliqa: “Bayern”dən ardıcıl 9-cu qələbə! - ARENA.AZ

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

“Union Berlin” – “Frayburq” matçında qapılara qol vurulmayıb. “Haydenhaym” – “Ayntraxt” və “Maynts” – “Verder” görüşlərində də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Leypsiq” “Ştutqart”ı məğlub yola salıb. “Sankt Pauli”nin qonağı olan Mönhenqladbax “Borussiya”sı rəqibini 4 cavabsız qolla yenib.

Son çempion “Bayern” isə bu dəfə “Bayer”lə qarşılaşıb. Münhen təmsilçisi çempionatdakı qələbə seriyasını 9-a çatdırıb və zirvədəki mövqeyini daha da möhkəmləndirib.

9-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
9-cu tur

31 oktyabr

Auqsburq – Borussiya (Dortmund) 0:1
Qol: Girassi, 37.

1 noyabr

Haydenhaym – Ayntraxt 1:1
Qollar: Zivzivadze, 32 – Kristensen, 55.

Maynts – Verder 1:1
Qollar: Vidmer, 36 – Stage, 86.

Leypsiq – Ştutqart 3:1
Qollar: Şabo, 45-öz qapısına. Diomandde, 53. R.Kardozo, 90+1 – T.Tomas, 65.

Sankt Pauli – Borussiya (Mönhenqladbax) 0:4
Qollar: Tabakoviç, 15; 40. Maşino, 75. Fraulo, 80.

Union Berlin – Frayburq 0:0

Bayern – Bayer 3:0
Qollar: Qnabri, 25. N.Cekson, 31. Bade, 44-öz qapısına.

2 noyabr

18:30. Köln – Hamburq
20:30. Volfsburq – Hoffenhaym

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
31
49
arena.az

10Источники