RU

Ramiz Mehdiyevin siyahısı: “Partiya sədrləri, deputatlar və ya məmurlar...”

ABŞ Prezidenti Donald Tramp, Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdəki günlərinin sayılı olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Tramp “CBS” kanalında yayımlanan “60 Minutes” proqramında sualları cavablandırıb.

ABŞ-nin Venesuela ilə müharibəyə girib-girməyəcəyi sualına cavab olaraq Tramp deyib:

“Bundan şübhələnirəm, sanmıram. Amma bizə qarşı çox pis rəftar edirlər, təkcə narkotik yox, ölkəmizə yüz minlərlə adamı həbsxanalarından, psixi sağlamlıq müəssisələrindən istəmədiyimiz insanları buraxıblar”.

Tramp, “Venesuela ilə bağlı problem narkotikdir, yoxsa Maduronun getməsi?” sualından yayınıb, “Maduronun günləri sayılıdırmı?” sualına isə “Bəli, belə deyə bilərəm”, cavabını verib.

ABŞ-nin Venesuela torpaqlarına hərbi hücum edib-etməyəcəyi ilə bağlı suala Tramp belə cavab verib:

“Bu doğrudur ya yox, sizə deməyə meyilli deyiləm. Bunları jurnalistlərə demərəm”.

Избранный
141
cebheinfo.az

1Источники