Bakı. Trend:
Ukraynada “Enerqoatom” milli şirkətinin “Atomenerqomaş”filialının baş direktor müavini iri məbləğdə rüşvət almaqda şübhəlibilinərək saxlanılıb.
Trend xəbər verirki, bu barədə ölkənin Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu(XAP) məlumat yayıb.
Hələlik saxlanılan şübhəlinin kimliyi istintaq sirri olaraqgizli saxlanılır.
XAP-ın məlumatına görə, vəzifəli şəxs podratçı özəl şirkətinnümayəndəsindən görülmüş işlərə görə ödənişlərin vaxtında həyatakeçirilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsinəmaneələrin yaradılmaması üçün iri məbləğdə pul tələb edib.
Tələb olunan məbləğ ödənilən işlərin dəyərinin 10-15 faizinitəşkil edib ki, bu da ümumilikdə 6,6 milyon qrivnadan (təxminən266,594.00 AZN) çox olmalı idi. İstintaq müəyyən edib ki, 2025-ciilin iyun-noyabr ayları ərzində o, bu vəsaitin bir hissəsini – 40,2min dolları alıb.
Hazırda istintaq davam edir.