RU

“Ulduz müharibələri”nin rejissoru ABŞ-dən qaçdı

Amerikalı rejissor və “Ulduz müharibələri” saqasının müəllifi Corc Lukas Londonda 40 milyon funt sterlinq (təxminən 51 milyon dollar) dəyərində malikanə alıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Times“ qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, 81 yaşlı Lukas ABŞ-da Donald Trampın hakimiyyəti dövründəki siyasi mühitdən narazıdır və artıq daha çox vaxtını Londonda keçirmək niyyətindədir.

“Ulduz müharibələri” filminin ilk ssenarisi demokratiyanın diktaturaya çevrilməsi metaforası kimi yazılmışdı. Lukas bunu hələ “Vyetnam müharibəsi dövründə” düşündüyünü demişdi.

“Əslində söhbət Vyetnam müharibəsindən gedirdi. O vaxt Nikson ikinci dəfə prezidentliyə namizədliyini irəli sürürdü. Bu, məni tarixi baxımdan düşündürdü: necə olur ki, demokratiyalar çevrilmir, sadəcə öz əlləri ilə təhvil verilir”, - deyə Corc Lukas “Chicago Tribune”ə müsahibəsində bildirmişdi.

Rejissorun Britaniyaya köçməsi yerli mətbuatda “Lukas Trampın imperiyasını tərk edir” başlığı ilə şərh olunub. Analitiklər bunu həm şəxsi, həm də simvolik jest kimi qiymətləndirirlər - demokratiyadan uzaqlaşan ABŞ-dən ““Ulduz müharibələri”nin müəllifinin yeni qalaktikaya keçidi”.

Musavat.com

Избранный
115
50
musavat.com

10Источники