RU

Pirallahı Tibb Mərkəzi 88 min manatlıq tibbi avadanlıq alır

“Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxs tibbi cihaz və avadanlıqların, eləcə də kompüter avadanlıqlarının təmiri üçün ehtiyat hissələrinin alınması məqsədilə tender elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 88.620,70 manat təşkil edir.

Texniki şərtlərə əsasən, tibb mərkəzi bir neçə vacib tibbi cihazın alınmasını planlaşdırır. Bunlara pasiyent monitorları, vakuum avtoklav, fetal monitor (KTQ cihazı), ultrasəsli inqalyator, bakterisid lampa və əczaçı soyuducular daxildir.

Xüsusilə, pasiyent monitorlarının NIBP, SPO2, ECG, RESP, IBP və CO₂ göstəricilərini eyni anda izləməsi, həmçinin nəticələrin printer vasitəsilə çıxarılması imkanı olması tələb olunur. Eyni zamanda 100 litrlik B klass sterilizasiya avtoklavının, 250 litrlik soyuducuların və 30W gücündə bakterisid lampaların alınması və.s nəzərdə tutulur.

Избранный
84
1
nocomment.az

2Источники