RU

Ermənistan Aİ yolunda irəliləyir ANALİZ

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya bu yaxınlaşmanı nəzarətdə saxlayır, amma hələ sərt reaksiya vermir

Avropa İttifaqı (Aİ) viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planını Ermənistana təqdim edib. Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə direktor müavini Yohannes Luxner bu məsələni müzakirə etmək məqsədilə İrəvanda səfərdədir. O, artıq daxili işlər naziri Arpine Sarkisyanla görüşüb. Nazirliyin məlumatına görə, A.Sarkisyan bildirib ki, Ermənistan fəaliyyət planını vətəndaşların mobilliyi və ictimai təhlükəsizlik sahəsində islahatlara yönəlmiş strateji sənəd kimi qiymətləndirir. 

O, viza rejiminin liberallaşdırılmasının Ermənistan-Aİ tərəfdaşlığında vacib mərhələ olduğunu qeyd edib. Avropa Komissiyasının nümayəndəsinin Ermənistana səfəri noyabrın 6-dək davam edəcək. Qeyd edək ki, Ermənistanın Qərbə inteqrasiya siyasəti Rusiyanı heç də məmnun etmir. Ara-sıra Rusiya rəsmiləri İrəvanın Aİ ilə əməkdaşlığına eyham vurur, Ermənistanın hələ də KTMT, Avrasiya İqtisadi Birliyinin üzvü olduğunu xatırladırlar. 

Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın Avropa İttifaqı ilə münasibətlərinin Ukrayna müharibəsi səbəbi ilə kəskinləşməsi fonunda Ermənistanın Aİ-yə inteqrasiya etmək cəhdləri Mosvanı ciddi şəkildə narahat etmir. Ekspert vurğulayıb ki, Rusiya ümumi prosesi nəzarətdə saxlayır: 

"Ermənistanın Qərbə inteqrasiyası iqtisadi əlaqələrdən o tərəfə getmədikcə, Rusiya bundan narahat olmur. Hətta Ukrayna məsələsində də Rusiya Ukraynanın Aİ-yə üzv olmasına razıdır, amma NATO-ya üzv olmasına göstərdiyi reaksiya sərtdir və elə müharibə də buna görə başlayıb. Aİ ilə inteqrasiya əslində, təkcə Ermənistan yox, Azərbaycan da daxil bütün regionların ölkələri üçün əhəmiyyətlidir. Aİ-nin özü də bu əməkdaşlıqda maraqlıdır. Orta Asiya ölkələri ilə Aİ-nin iqtisadi sahədəki maraqlarının üst-üstə düşdüyünü də görürük. Bu əlaqələr Aİ üçün xammal ehtiyacından tutmuş, siyasi sferada əməkdaşlığa kimi maraq dairəsindədir. Rusiya isə çalışır ki, buna qısqanclıqla yanaşmasın. İndiki məqamda Ermənistanın Aİ ilə inteqrasiyasına ciddi reaksiya yoxdur. Amma geniş mənada Rusiyanın qlobal maraqlarına təhdid yaranması fonunda Moskvanın fərqli mövqe sərgiləyəcəyi ehtimalı da gözardı edilməməlidir".

İsmayıl 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
152
3
sherg.az

4Источники