RU

Gürcüstan və Türkiyə parlamentariləri regiondakı mövcud təhlükəsizlik məsəllərini müzakirə ediblər

Tbilisi, 7 noyabr, AZƏRTAC

Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Aleksandre Tabatadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin Daxili İşlər Komitəsinin sədri Süleyman Soylu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə AZƏRTAC-a Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında strateji əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Regionda mövcud təhlükəsizlik vəziyyətini nəzərdən keçirib, bu baxımdan ümumi çağırış və təhdidlərin aradan qaldırılması üçün təhlükəsizlik sahəsində sıx əməkdaşlığın vacibliyi vurğulayıblar.

Tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsində əməkdaşlığı müzakirə edib, Türkiyə və Gürcüstanın müvafiq qurumları arasında sıx əlaqələrin vacibliyini qeyd ediblər.

Görüş zamanı Aleksandre Tabatadze qeyd edib ki, gürcü tərəfi Türkiyə hökumətinin Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi möhkəm mövqeyi və sarsılmaz dəstəyini, eləcə də Avro-Atlantik inteqrasiyaya sarsılmaz dəstəyini yüksək qiymətləndirir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
98
azertag.az

1Источники