RU

Macarıstan Rus neftinə alternativ tapdı

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Macarıstanın ən böyük neft-qaz şirkəti MOL, ABŞ Prezidenti Donald Tramp və Baş nazir Viktor Orbanın görüşü ərəfəsində, Rusiya neftinin böyük hissəsini alternativ mənbələrdən əvəz etməyə hazır olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, şirkətin rüblük hesabatında bildirilir ki, Xorvatiyanın “Adria” boru kəməri Rusiya neftinin “Drujba” kəməri ilə tədarükü dayandırıldığı halda, MOL-un dənizə çıxışı olmayan zavodlarının tələbatının 80 faizini alternativ mənbələr hesabına ödəyə bilər. Lakin şirkət bu variantın texniki risklər və əlavə logistik xərclərlə müşayiət olunduğunu da qeyd edib.

Donald Tramp və Viktor Orbanın 7 noyabrda Ağ Evdə görüşü gözlənilir. Bloomberg yazır ki, Budapeşt bu görüşdə Rusiya neftinə qarşı ABŞ sanksiyalarından istisna olunmağa ümid edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
unikal.az

2Источники