RU

Rus kripto milyoneri ailəsi ilə birlikdə öldürüldü – ilkin versiya açıqlandı

Rusiyadan olan kripto investor Roman Novak və onun həyat yoldaşı Birləşmiş Ərəb Əmirliklərində silahlı hücum nəticəsində öldürülüb.

Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı yerli hüquq-mühafizə orqanları təsdiqləyib.

İlkin araşdırmalara görə, cinayətin motivi təxminən 500 milyon dollar dəyərində olan kripto aktivlərinə çıxış əldə etmək olub. Məlumata görə, Novak və həyat yoldaşı naməlum şəxslər tərəfindən qaçırılıb və onlardan böyük məbləğdə kriptovalyuta saxlanan rəqəmsal cüzdanın giriş məlumatları tələb edilib. Novak əvvəlcə bir kripto hesabına dair məlumat verib, lakin hesabın boş olduğu müəyyən olunduqdan sonra silahlı şəxslər onları öldürüblər.

Hadisə ilə bağlı iki Rusiya vətəndaşı saxlanılıb. Onların Roman Novakla əvvəllər biznes əlaqələrinin olduğu bildirilir. İstintaq versiyalarından biri cinayətin şəxsi maliyyə mübahisəsi zəminində baş verdiyini göstərir.

Qeyd edək ki, son illər dünyada böyük məbləğdə kripto kapitala sahib olan şəxslərin müxtəlif ölkələrdə müəmmalı şəkildə öldürülməsi halları diqqət çəkir. Ekspertlər bu hadisəni kripto bazarında fiziki təhlükəsizlik risklərinin kəskin artması fonunda növbəti xəbərdarlıq kimi qiymətləndirirlər.

Hazırda iş üzrə araşdırmalar davam edir.

Musavat.com

 

Избранный
59
musavat.com

1Источники