RU

Ateroskleroz diaqnozu qoyulmuş xəstələr nəyi yeyə bilməz?

Ateroskleroz diaqnozu qoyulmuş xəstələr doymuş yağlar, trans yağlar, şəkər və duzla zəngin qidaları pəhrizlərindən çıxarmalıdırlar.

AzPost “İzvestiya” qəzetinə istinadən bildirir ki, bu sözləri kardioloq İrina Polyayeva deyib.

Mütəxəssis izah edib ki, aterosklerozun müalicəsi kompleks yanaşma tələb edir və pəhriz vacib, lakin yeganə ölçü deyil. Polyayeva gündəlik ən azı 30 dəqiqəlik kardio məşqləri, siqaretdən tamamilə imtina və spirtli içki qəbulunu azaltmağı tövsiyə edib. Ürək-damar hadisələri riski yüksək olduqda, statinlər kimi dərmanlar təyin olunur.

Pəhriz tərəvəz, meyvə, tam taxıl, yağsız protein mənbələri, eləcə də omeqa-3 yağ turşuları ilə zəngin qoz-fındıq və toxumlarla zənginləşdirilməlidir.

AzPost.az

Избранный
59
1
azpost.info

2Источники