Tribuna portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ötən həftə NATO üzvü olan 15 ölkənin nümayəndəsinin Bakıya səfəri və burada Azərbaycan Prezidenti ilə görüşmələri İranın siyasi dairələrinin kürkünə birə salıb. Tribunainfo.az xəbər verir ki, elə bu səbəbdəndir ki, qonşu ölkənin XİN-nə bağlı “İran diplomatiyası” saytı bununla bağlı geniş yazı dərc edib.
Oradda iddia olunur ki, Azərbaycanın NATO ilə əməkdaşlığlı Qərbin xeyrinə regional tarazlığı dəyişmək cəhdidir. “NATO-Azərbaycan əməkdaşlığı Cənubi Qafqazı hərbiləşdirməkdir”.
Bunun ardından sayt yazıb ki, Bakıda keçirilən görüş sadə diplomatik tədbir deyil. “Qərb İranın şimal sərhədlərində hərbi və kəşfiyyat əməkdaşlığını dərinləşdirmək məqsədi güdür”.
“İran diplomatiyası” onu da iddia edib ki, NATO Azərbaycanı Qara dəniz–Xəzər xətti boyunca təhlükəsizlik zəncirinin əsas halqası kimi görməyə başlayıb. “Bu proses İran və Rusiyanın Qafqazdakı təsirini məhdudlaşdırmağa xidmət edir. Bundan başqa, Bakı NATO ilə əməkdaşlığı Türkiyə vasitəsilə Qafqazda hərbi xətt qurmaq məqsədilə genişləndirir”.
Və sonda sayt onu da yazıb ki, “Tramp marşrutu” dəhlizinin “NATO dəhlizi”nə çevrilməsi məqsədəuyğun hesab edilir. “Bu dəhliz reallaşarsa, İranın Ermənistanla quru bağlantısını itiəcək və Şimali Qafqaza çıxışının bağlayacaq”.
Fərda Uğur
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.