Ağ Evdə 79 ildən sonra bir ilk yaşanır. Bu, Suriya liderinin Ağ Evdə qonaq edilməsinin ilk dəfəsidir. ABŞ Prezidenti Donald Trampla ABŞ-a rəsmi səfər edən ilk Suriya lideri Əhməd əl-Şaranın görüşü başlayıb.
Şara Ağ Evə jurnalistlərin olduğu Qərb Qanadının əsas girişindən deyil, mətbuatın girə bilmədiyi yan girişdən daxil olub. Onun üçün heç bir rəsmi qarşılanma mərasimi keçirilməyib.
Görüşün təfərrüatları açıqlanmasa da, diplomatik mənbələr iki liderin Suriyanın yenidən qurulması, regional təhlükəsizlik, qaçqınların geri qayıtması və iqtisadi əməkdaşlıq kimi məsələləri müzakirə edəcəyini bildiriblər.
Danışıqlardan ilk qərar artıq mediaya sızdırılıb. ABŞ Suriyaya qarşı Sezar sanksiyalarının ləğv edildiyini açıqlayıb.
ABŞ, İran və Rusiya ilə əlaqəli əməliyyatlar istisna olmaqla, Suriyaya tətbiq edilən Sezar sanksiyalarının dayandırıldığını bildirib.
TAHİR