RU

Britaniya Aİ-nin müdafiə fondu üçün 6,75 milyard avro ödəməyəcək - KİV

Britaniya Aİ-nin müdafiə fondu üçün 6,75 milyard avro ödəməyəcək - KİV

Böyük Britaniya Brüsselin tələbini rədd edərək Avropa İttifaqının müdafiə fonduna iştirak üçün 6,75 milyard avro ödəməyəcək.

AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin açıqlamasında bildirilir.

“Təklif olunan yalnız Birləşmiş Krallıq və onun sənayesi üçün faydalı olan müqavilələr bağlanacaq” - deyə hökumətin açıqlamasında qeyd edilir. Londonda əlavə ediblər ki, heç bir razılaşma əldə olunmayıb və mövcud danışıqlara şərh verilməyəcək.

Ali səviyyəli britaniyalı rəsmi Avropa Komissiyasının tələb etdiyi ödənişləri əsassız hesab edib və vurğulayıb ki, bu məbləğlər Britaniyanın fonda çıxış üçün ödəyə biləcəyi məbləğdən xeyli yüksəkdir.

Избранный
100
afn.az

1Источники