Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyə Hərbi Hava Qüvvələrinəməxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğramasıilə bağlı Ankaraya başsağlığı verib.
Trend xəbər verirki, bu barədə təşkilatın “X” hesabındakı paylaşımında qeydolunub.
Paylaşımda bildirilir: “Azərbaycandan Türkiyəyə qayıdan hərbiyük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə xəbəri kədərhissi ilə öyrəndik.
Axtarış-xilasetmə işləri davam edir və xilas edilənlərlə bağlıxəbəri səbirsizliklə gözləyirik.
Bu faciəli qəzada şəhid olanlara Allahdan rəhmət diləyir,ailələrinə, yaxınlarına və qardaş türk xalqına başsağlığıveririk.”