BAKI, 11 noyabr. TELEQRAF
ABŞ B2 bombardmançılarının bir neçə təkmilləşdirilmiş versiyasını sifariş edib.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, bu təyyarələr əlamətdar iş görüb: "Bir anda İranın nüvə qabiliyyətini tamamilə məhv edib. O vaxtdan bəri onlara hörmət artıb. Onlar (B2 bombardmançıları - red) gözəl deyilmi... Biz indicə bu inanılmaz sənət əsərinin daha çox yenilənmiş variantlarını sifariş etdik".
İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. Əsas hədəf uranın zənginləşdirilməsi obyekti olan Fordo olub. Onun sentrifuqa kamerası 100 metrlik qayalıq və dəmir-beton təbəqə ilə qorunur, bu da onu faktiki olaraq bombardmana məruz qoymur.
Onu yalnız bunker bombaları daşıyan B-2 bombardmançıları vura bilərdi.