RU

Yüksək insult riskinin əlaməti müəyyən edildi

Hətta təzyiq normanın hüdudlarında qalsa belə, onun təxminən 30 yaşdan etibarən tədricən artması onilliklər sonra infarkt və ya insultla nəticələnə bilər. Bu qənaətə London Universitet Kollecinin alimləri gəliblər.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Circulation: Cardiovascular Imaging" jurnalında dərc olunub.

"MyoFit46" layihəsi çərçivəsində mütəxəssislər 36–77 yaş arası 500-dən çox insanın sağlamlıq vəziyyətini izləyiblər. Alimlər arterial təzyiqdəki dəyişikliklərin orta və yaşlı dövrdə ürəyin qanla təmin olunmasına necə təsir etdiyini qiymətləndiriblər.

Məlum olub ki, 30–50 yaş aralığında təzyiq nə qədər yüksək və ya sürətlə artıbsa, 77 yaşda ürəyin qanla təmin olunması bir o qədər pisləşib. Hətta “normal” göstəricilərdə - təxminən 130 mm civə sütunu - ürək əzələsinə qan axını 9–12% azalıb, infarkt, insult və ürək çatışmazlığı riski isə təxminən üçdə bir artıb.

Müəlliflərin sözlərinə görə, hipertoniyanın ilkin mərhələsi insan heç bir simptom hiss etməsə belə, ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər. Damarlarda tədricən, demək olar ki, hiss olunmayan dəyişikliklər diaqnoz qoyulmazdan çox əvvəl başlayır.

Избранный
53
publika.az

1Источники