Bakı. Trend:
Kremldə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və RusiyaPrezidenti Vladimir Putin arasında qeyri-rəsmi görüş iki saatyarımdan çox davam edib.
Trend xəbər verirki, bu barədə Qazaxıstan liderinin mətbuat katibi Ruslan Jeldibayməlumat yayıb.
Jeldibay özünün Telegram kanalında yazıb: " Kasım-Jomart Tokayevvə Rusiya Prezidenti Vladimir Putin arasında Kremldə qeyri-rəsmisöhbət iki saat yarımdan çox davam edib".
Tokayev 11 noyabrda dövlət səfəri ilə Moskvaya gəlib. Daha əvvəlo, bəzi fikir və müşahidələrini qeyri-rəsmi şəkildə Putinləbölüşmək niyyətində olduğunu bildirib və Moskvada səmimiqarşılanmaya görə Rusiya prezidentinə minnətdarlığını ifadəedib.
Söhbət şam yeməyi zamanı davam edib. Səfər proqramının əsashissəsi isə 12 noyabr tarixinə planlaşdırılıb.