RU

Mançini bu gün yeni klubu ilə müqavilə bağlamaq üçün yola düşəcək

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini bu gün yeni klubu ilə müqavilə bağlamaq üçün yola düşəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "Əl-Sədd" ilə razılaşan italiyalı mütəxəssis Qətərin paytaxtı Dohaya uçacaq.

Daha öncə "Əl-Sədd"in Mançiniyə göndərdiyi ilkin təklifin şərtlərini yaxşılaşdırdığı bildirilmşdi.

Sözügedən mütəxəssis İtaliya millisi ilə yanaşı, müxtəlif vaxtlarda "Latsio", "İnter", "Mançester Siti", "Qalatasaray" və "Zenit"i də çalışdırıb.

Nihat

Избранный
48
fanat.az

1Источники