RU

Rumıniyanın sabiq prezidentliyə namizədi faşizmin təbliğinə görə məhkəmə qarşısına çıxıb

Musavat.com xəbər verir ki, Rumıniyanın sabiq prezidentliyə namizədi Kelin Corcesku faşizmin təbliği və ekstremist ideyaları müdafiə etmək ittihamı ilə Buxarestdə məhkəmə qarşısına çıxıb.

Balkan Insight portalının məlumatına görə, prokurorlar Corceskunu 2020-ci ilin iyun ayından 2025-ci ilin may ayına qədər müxtəlif müsahibə, onlayn paylaşımlar və çıxışlarında faşist ideyaları dəstəkləməkdə ittiham edirlər.

İttiham aktında həmçinin onun II Dünya müharibəsi dövründə faşist Rumıniya hökumətinin başçısı olmuş, sonradan müharibə cinayətkarı kimi məhkum edilən marşal İon Antoneskunu təriflədiyi qeyd olunur.

Corcesku bütün ittihamları rədd edib və məhkəmə zalını tərk edərkən bildirib:

“Ədalət sistemi hakimiyyətin nəzarəti altındadır. Bizdən söz azadlığını aldılar”. 

Mənbələrin bildirdiyinə görə, Corcesku həmçinin konstitusiya quruluşuna qarşı yönəlmiş hərəkətlərdə də şübhəli şəxs qismində istintaq altındadır. 

 

Musavat.com

Избранный
39
50
musavat.com

10Источники