RU

"Sabah"ın Azərbaycan çempionatında etdiyi budur

“Sabah” Premyer Liqada 300-cü qolunu vurub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley qoluna İqor Noqeyra imza atıb.

O, Premyer Liqanın 11-ci turunun “Kəpəz”lə səfər görüşündə (3:1) komandasının sonuncu topunun müəllifi olub.

“Sabah” yüksək qrupdakı 222-ci matçında 300-ə. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində buna nail olan 15-ci komandadır. Bakı klubu evdə 158, səfərdə 142 dəfə artırıb.

“Sabah” ilk qolunu 2018-ci il avqustun 12-də “Keşlə” ilə səfər matçında imza atıb – 1:0. Öz qolun müəllifi Marko Deviç olub.

Избранный
32
sportinfo.az

1Источники