BAKI, 12 noyabr. TELEQRAF
Böyük Britaniyanın baş naziri və Leyboristlər Partiyasının lideri Kir Starmer yaxın vaxtlarda partiya daxilində təzyiqlərlə üzləşə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb.
Partiya üzvləri dekabr ayında onu liderlikdən kənarlaşdırmaq üçün təşəbbüs göstərə bilərlər.
Mənbələr bildirir ki, proses noyabrın 26-da maliyyə naziri Reyçel Rivs parlamentdə büdcə müraciətini təqdim etdikdən təxminən iki həftə sonra başlaya bilər. Nazir büdcə kəsirini azaltmaq məqsədilə vergi artımı kimi seçicilər arasında populyar olmayan tədbirlər elan edə bilər.
Daxili işlər naziri Şabana Mahmoud və səhiyyə naziri Uez Striting Starmerin potensial rəqibləri kimi göstərilir. Bununla belə, hökumət daxilindəki mənbələr Starmerin mövqeyini qorumaqda qətiyyətli olduğunu bildirir.