RU

“Milan” Luka Modriçin müqaviləsini uzatmaq niyyətindədir

Bakı. Trend:

İtaliyanın “Milan” klubu 40 yaşlı xorvatiyalı yarımmüdafiəçiLuka Modriçin müqaviləsini uzatmağı planlaşdırır.

Trend-inməlumatına görə, təcrübəli futbolçu klubdakı hər kəsi o qədərtəsirləndirib ki, rəhbərlik onunla əməkdaşlığın davam etdirilməsiniməqsədəuyğun hesab edir.

Luka Modriç “Milan”a 2025-ci ilin yayında sərbəst agent kimiqoşulub və 2026-cı ilin yayına qədər bir illik müqavilə imzalayıb.Müqavilədə əlavə bir mövsüm üçün seçim də nəzərdə tutulub.

Məlumata görə, klub əvvəlcə yarımmüdafiəçinin çıxışını yazdadəyərləndirməyi planlaşdırsa da, artıq Modriçi saxlamaqdaqərarlıdır. O, transferindən bəri “Milan”da 12 oyuna çıxıb, bir qolvurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
46
az.trend.az

1Источники