RU

Beyləqanda dostunun ölümünə səbəb olan şəxsin şikayəti təmin edilmədi

BAKI, 12 noyabr. TELEQRAF.

Dostunun ölümünə səbəb olan şəxs 12 illik cəzaya məhkum edilib. Təqsirləndirilən şəxs cəzasının azaldılmasını istəyib.

Teleqraf xəbər verir ki, hadisə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində baş verib.

32 yaşlı Seyidağa Rüstəmov Füzuli rayonunda toy məclisindən sərxoş vəziyyətdə qayıdarkən yol kənarında dayanaraq hərəkətdə olan avtomobillərə işarə edib, onları saxlatdırmağa çalışıb. O, sürücülərlə mübahisə etməyə başlayıb.

Hadisə yerində olan dostu Ramil Rzayev vəziyyətə müdaxilə edib. Ramil özü də az miqdarda spirtli içki qəbul edibmiş. O, Seyidağanı yoldan kənara çıxarmaq istəyib. Bu, Seyidağanın əsəbiləşməsinə səbəb olub və o, Ramilə yumruq zərbələri endirməyə başlayıb. Zərbələrdən yıxılan Ramil bir müddət huşsuz vəziyyətdə qalıb. Hadisə yerinə Ramilin valideynləri gəlib və onun üzünə su səpərək ayıltmağa çalışıblar. Lakin vəziyyəti pisləşdiyi üçün o, xəstəxanaya aparılıb.

Əvvəlcə Beyləqan Rayon Xəstəxanasında tibbi yardım göstərilsə də, vəziyyətin ağır olması səbəbindən Ramil Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. O, burada 11 gün müalicə aldıqdan sonra dünyasını dəyişib.

İttihama görə, Seyidağa Rüstəmov Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan ölümə səbəb olma vəxuliqanlıq maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə ifadə verən Seyidağa özünü qismən təqsirli bilib və dostu ilə heç bir düşmənçiliyinin olmadığını bildirib. Onun sözlərinə görə, hadisə zamanı sərxoş vəziyyətdə olub.

Hökmdən narazı qalan Seyidağa Rüstəmov apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Lakin Şəki Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Mərhum Ramil Rzayevin anası isə məhkəmədə ifadə verərək təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini tələb edib.

Избранный
38
teleqraf.com

1Источники